Əsas Səhifə > Hadisə > İstilik sobasında partlayış olub: Xəsarət alan var

İstilik sobasında partlayış olub: Xəsarət alan var


14-12-2023, 23:59


Ağdaş şəhərində bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Türyançay qəsəbəsində olub.

Belə ki, fərdi yaşayış evində “İran sobası”nda partlayış baş verib.

Nəticədə 1983-cü il təvəllüdlü Əşrəf Firidun oğlu Məmmədov bütün bədənin termiki yanıq diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Şəffaflıq.az


Geri qayıt