Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Bayden Qəzzadakı vəziyyəti müzakirə ediblər


14-12-2023, 23:53


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

 Şəffaflıq.az xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, İsveçin NATO-ya üzvlüyü, F-16 qırıcıları ilə bağlı məsələlər, eləcə də ikitərəfli əlaqələr müzakirə edilib.

Ərdoğan Yaxın Şərqdə baş verən qarşıdurmanın aradan qaldırılması, bununla əlaqədar təcili atəşkəsin təmin edilməsinin vacibliyini bildirib.

O, bu məsələnin həlli ilə bağlı Türkiyənin təklif etdiyi qarant mexanizminin yaradılmasının önəmini bir daha diqqətə çatdırıb.


Geri qayıt