Əsas Səhifə > XARİCİ XƏBƏR > NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 % artıb
NATO-nun 2024-cü il üçün hərbi büdcəsi 12 % artıb13-12-2023, 23:49 |
NATO-nun hərbi strukturunun 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12 % artaraq 2,03 milyard avroya çatıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Şimali Atlantika Şurasının məlumatında deyilir. Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı, ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikintisi xərclərini özündə əks etdirən 1,3 milyard avro təşkil edəcək ki, bu da cari ilə nisbətən 30 % artım deməkdir. Ümumilikdə alyansın 2024-cü ildə təxminən 3,768 milyard avro büdcəsi olacaq. Geri qayıt |