Əsas Səhifə > Hadisə > Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.


12-12-2023, 09:39


Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, dünən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 pulemyot, 1 tapança, 3 ədəd patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 28 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng götürülüb.

Şəffaflıq.az


Geri qayıt