Əsas Səhifə > Mədəniyyət > Orxan Fikrətoğluna yeni vəzifə həvalə olunub

Orxan Fikrətoğluna yeni vəzifə həvalə olunub


11-12-2023, 21:51


Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsinin icrası yazıçı-jurnalist Orxan Fikrətoğluna həvalə olunub.

"Report" xəbər verir ki, o, bir müddətdir ki, bununla bağlı işlərə başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb

Şəffaflıq.az


Geri qayıt