Əsas Səhifə > İnfrastruktur > AAYDA: "İşğaldan azad edilmiş ərazilərdə 186 km yol bərpa edilib və yaxud yenidən qurulub"
AAYDA: "İşğaldan azad edilmiş ərazilərdə 186 km yol bərpa edilib və yaxud yenidən qurulub"11-12-2023, 16:47 |
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb. Şəffaflıq.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, bu işlər ölkə prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Geri qayıt |