Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT Baş Assambleyasının Qəzza üzrə sessiyası dekabrın 12-də işini davam etdirəcək
BMT Baş Assambleyasının Qəzza üzrə sessiyası dekabrın 12-də işini davam etdirəcək11-12-2023, 09:00 |
BMT Baş Assambleyasının Qəzza zolağı ətrafındakı vəziyyətə həsr olunmuş fövqəladə xüsusi sessiyası dekabrın 12-də öz işini davam etdirəcək. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə BMT Baş Assambleyası sədrinin rəsmi nümayəndəsi Monika Qreyli məlumat verib. “BMT Baş Assambleyasının sədri Dennis Frensis indicə üzv dövlətlərə Baş Assambleyanın 10-cu fövqəladə xüsusi sessiyasının 45-ci plenar iclasını 12 dekabr 2023-cü il, çərşənbə axşamı, saat 15:00-da Baş Assambleyada çağıracağı barədə məlumat verdi”, - Qreyli bildirib. O, qeyd edib ki, xüsusi sessiyanın bərpası dekabrın 8-də Misirin BMT-dəki daimi nümayəndəsi Usama Mahmud Abdelxalek Mahmud, eləcə də Mavritaniyanın daimi nümayəndəsi Sidi Mohamed Laqdaf tərəfindən göndərilən məktubda tələb olunub. Daimi nümayəndələr müvafiq olaraq Ərəb Qrupunun və İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki nümayəndələridir. Geri qayıt |