Əsas Səhifə > SİYASƏT > Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb

Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb


9-12-2023, 13:19


Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə sərəncam imzalayıb.

Şəffaflıq.az  xəbər verir ki, sərəncama əsasən Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılır.


Geri qayıt