Əsas Səhifə > Gündəm / Cəmiyyət > Bir hakim işdən çıxarlıdı, dördünə töhmət verildi.
Bir hakim işdən çıxarlıdı, dördünə töhmət verildi.14-11-2019, 22:26 |
Qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 məhkəmə hakiminə töhmət verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında məlumat verilib. Qeyd olunub ki, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb. Geri qayıt |