Əsas Səhifə > FUTBOL > Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.8-12-2023, 09:53 |
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək. Şəffaflıq.az -ın məlumatına görə, açılış oyunu Sumqayıtda keçiriləcək. Şəhərin eyniadlı komandası doğma arenasında son çempion “Qarabağ”la üz-üzə gələcək. Bu, həm də turun mərkəzi qarşılaşmasıdır. Çünki hazırda Ağdam təmsilçisi 32 xalla turnir cədvəlinə başçılıq edir, üçüncü pillədəki “kimyaçılar”ın hesabında isə 23 xal var. Turun digər matçları dekabrın 9-10-da baş tutacaq. Premyer Liqa 19:30. “Sumqayıt” – “Qarabağ” Geri qayıt |