Əsas Səhifə > REGİON > Azərbaycanda baş verən zəlzələ Qazaxıstanda da hiss olunub
Azərbaycanda baş verən zəlzələ Qazaxıstanda da hiss olunub7-12-2023, 09:30 |
Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub. “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. “Qazaxıstan ərazisində - Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, - qeyd ediblər. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qazaxıstanın paytaxtı Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib. Şəffaflıq.az Geri qayıt |