Əsas Səhifə > XARİCİ XƏBƏR > Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.
Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.5-12-2023, 23:47 |
Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Hazırda ölənlərin sayı 16 248 nəfər təşkil edir, onlar arasında 7 112 uşaq və 4 885 qadın var. Eyni zamanda 42 mindən çox insan müxtəlif xəsarətlər alıb. İtkin düşənlərin sayı 7 600-ə çatıb. Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb. Geri qayıt |