Əsas Səhifə > FUTBOL > Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.5-12-2023, 22:24 |
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib. Şəffaflıq.az -ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib. "Dalğa Arena"da reallaşan qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib. Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi. Geri qayıt |