Əsas Səhifə > Hadisə > Vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürülüb

Vətəndaşlardan 2 avtomat, 3 qumbara 14 tüfəng götürülüb


4-12-2023, 10:40


2-3 dekabr tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 3 qumbara, 1 qumbara alışdırıcısı, 1 patron darağı, 24 ədəd müxtəlif çaplı patron və 14 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, keçirilən əməliyyat tədbirləri ilə 2 tüfəng aşkar edilərək götürülüb.

Şəffaflıq.az


Geri qayıt