Əsas Səhifə > Hadisə > Sumqayıtda 72 yaşlı qadın yol qəzasında ölüb
Sumqayıtda 72 yaşlı qadın yol qəzasında ölüb2-12-2023, 09:55 |
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb. Belə ki, “Qaz 31” markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır Geri qayıt |