Əsas Səhifə > REGİON > Ermənistan Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) ilə danışıqlardan imtina edib.
Ermənistan Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) ilə danışıqlardan imtina edib.1-12-2023, 08:17 |
Ermənistan Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) ilə danışıqlardan imtina edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə erməni fermer Arutyun Mnatsakanyan bu barədə “News.am”a müsahibəsində bildirib. Fermer qeyd edib ki, Ermənistan mallarının Rusiyaya nüfuz etməsi məsələsi siyasi kontekstə malikdir. Onun sözlərinə görə, əgər əvvəllər Rusiya yoxlamalar zamanı Ermənistan məhsullarına göz yumurdusa, indi də digər ölkələrin məhsullarına nəzarəti eyni şəkildə həyata keçirir. “Rosselxoznadzor” bir neçə dəfə Ermənistana birgə qərarın qəbul edilməsinin zəruriliyi ilə bağlı eyham vurmuşdu, lakin Ermənistan tərəfi istehsalçı üçün problem olduğunu əsas gətirərək, bu təklifləri rədd edib. Sonra problem daha da ağırlaşdı, indi hakimiyyət buna siyasi kontekst verməyə və məsuliyyəti üzərindən götürməyə çalışır”, - Mnatsakanyan bildirib. “Bəs bu müddət ərzində təsərrüfat subyektləri nə qədər ziyana düşəcək? Rusiya kimi böyük bazara bu cür yanaşmaq olmaz", - fermer vurğulayıb. O, mövcud vəziyyətdən çıxış yollarını axtarmağa çağırıb. Qeyd edək ki, Ermənistanla Rusiya arasında növbəti qalmaqal baş verib. Ermənistan, Rusiya tərəfdən “Yuxarı Lars” Nəzarət Buraxılış Məntəqəsindən yüklərinin qəbul edilmədiyi üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbədənkənar toplantısını çağırıb. "Biz Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən dərc edilmiş materialları götürmüşük. Onları araşdırırıq”, - nazir Vaan Kerobyan qeyd edib. Ermənistanın iqtisadiyyat naziri bildirib ki, yerli hakimiyyət bununla bağlı qarşı tərəflə görüş keçirmək niyyətindədir. Geri qayıt |