Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək.

ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək.


1-12-2023, 08:14

ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək. 

Şəffaflıq.az   -ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz, şübhəsiz ki, hələ də İsrailin HƏMAS-a qarşı hərəkət etmək hüququna və öhdəliyinə inanırıq. Hərbi kampaniyaları haqqında danışıblar və çox açıq şəkildə bildiriblər ki, bu fasilələrdən sonra yenidən onlara qarşı (HƏMAS-a qarşı) hərəkət etmək niyyətindədirlər. Onlar nə vaxt qərar qəbul etsələr, ehtiyac duyduqları imkanlar və silah sistemləri, şəhər şəraitində müharibə ilə bağlı təklif edə biləcəyimiz məsləhətlər və qiymətləndirmələr baxımından ABŞ-dan dəstək almağa davam edəcəklər", - o deyib.

Kirbinin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden İsrail rəsmiləri ilə təmasda “onlar bu terrorçularla mübarizədə ABŞ-ın dəstəyini almağa davam edəcəklərini” vurğulayıb. "Yenə də, biz indi daimi atəşkəsi dəstəkləmirik. Biz humanitar fasilələri dəstəkləyirik", - Ağ Ev rəsmisi əlavə edib.

O qeyd edib ki, Vaşinqton hazırkı fasilənin uzadılmasının tərəfdarıdır.


Geri qayıt