Əsas Səhifə > FUTBOL > Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.


30-11-2023, 09:50


Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.

Şəffaflıq.az  -ın məlumatına görə, son olaraq daha iki oyun keçiriləcək.

"Şamaxı" "Zaqatala"nın, "Mingəçevir" isə "İmişli"nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq.

30 noyabr (cümə axşamı)

13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)

13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu (canlı, “CBC Sport”)

Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.


Geri qayıt