Əsas Səhifə > XARİCİ XƏBƏR > Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Skopyeyə işgüzar səfərə yola düşüb


30-11-2023, 09:41


Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Şəffaflıq.az  


Geri qayıt