Əsas Səhifə > Maraqlı / REGİON > Ukraynada 86 yaşlı təqaüdçü qadına hərbi komissarlıqdan çağırış vərəqəsi gəlib

Ukraynada 86 yaşlı təqaüdçü qadına hərbi komissarlıqdan çağırış vərəqəsi gəlib


29-11-2023, 17:51


Ukraynanın Dnepropetrovsk vilayətinin 86 yaşlı sakini hərbi komissarlıqdan çağırış vərəqəsi alıb.

Məlumata görə, buna arqument kimi onun tibbi təhsilinin olması gətirilib.

Maraqlısı budur ki, çağırış vərəqəsində onun 1937-ci il təvəllüdlü olduğu göstərilsə də, bu heç kimi təəccübləndirməyib.

Qeyd edək ki, oktyabrın 1-dən Ukraynada əczaçılıq və tibb təhsili olan qadınların hərbi qeydiyyatına başlanılıb. Artıq hərbi bileti olanlar öz məlumatlarını yeniləməli və tibbi müayinədən keçməlidirlər.


Geri qayıt