Əsas Səhifə > FUTBOL > "Qarabağ" - "Hakken" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Hakken" oyununun biletləri satışa çıxarılıb


28-11-2023, 15:27

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

"Köhlən atlar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.

Şəffaflıq.az


Geri qayıt