Əsas Səhifə > Dünya > Qiyamı yatırmaq əvəzinə ölkədən qaçan Boliviya prezidenti hansı həmkarının səhvini təkrarlayıb? - MARKOV TARİXİ VƏRƏQLƏDİ
Qiyamı yatırmaq əvəzinə ölkədən qaçan Boliviya prezidenti hansı həmkarının səhvini təkrarlayıb? - MARKOV TARİXİ VƏRƏQLƏDİ13-11-2019, 19:57 |
“Prezidentin humanizmini manipulyasiya eləmək texnologiyası”ndan daha hansı ölkədə istifadə edilmişdi? Şəffaflıq.az xəbər verir ki, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Boliviyada baş vermiş dövlət çevrilişi barəsində öz “Feysbuk” səhifəsində bunları yazıb: “Boliviya və Ukrayna. Dövlət çevrilişləri texnologiyası. Morales təqribən Yanukoviçin etdiyi səhvləri təkrarladı. 1. Əvvəlcə Morales müxalifətin dövlət çevrilişi hazırladığı barəsində xəbərə fikir vermədi. 2. Axı Morales seçkilərdə qalib gəlmişdi. Sonra isə yarım saat ərzində naməlum İP ünvanından seçki bülletenlərinə 35 min düzəliş gəldi. Hesablamalarda xaos yarandı, hesablar qarışdı. Daha doğrusu, Seçki Komissiyasının kompüter təklükəsizliyi zəif idi. Saxtalaşdırmalar həqiqətən də olmuşdu. Lakin Moralesin xeyrinə yox, əleyhinə. Sosial sorğu isə Moralesin nəticələrini təsdiqləyirdi. Saxtalaşdırmalar internet vasitəsilə və Moralesin rəqibinin lehinə təşkil edilmişdi – yarım saat ərzində ona kritik əhəmiyyət kəsb edən və artıq 2-ci mərhələnin keçirilməsini tələb edən 3% səs əlavə edildi. Sağçı Latın Amerikası mətbuatının fəal şəkildə dəstəklədiyi bu saxtakarlıqların kökünü sərt şəkildə kəsmək əvəzinə, Morales seçkilərin yenidən keçirilməsinin mümkün olduğunu bildirdi – çünki dürüst yolla qələbə çalacağına əmin idi. Lakin onun rəqibləri dürüstlük yox, dövlət çevrilişi barəsində düşünürdülər. 3. Sonra Morales nədənsə vasitəçilik üçün düşmənlərinə müraciət elədi. Amerika Dövlətləri Təşkilatına. Prinsipcə onlar bunu yaxşı bacarsalar da, təşkilata hazırda Vaşinqton, yəni Moralesin düşmənləri nəzarət edir. Və o, ikinci dəfə seçkilərin keçirilməsinə razılıq verərək rəqiblərinə qələbənin dadını hiss eləmək şansı verdi. Onlar isə yaraqlıları küçələrə çıxardılar. 4. Müxalifət kəskin şəkildə kütləvi iğtişaşlara başlayanda Morales polisə və orduya asayişi təmin eləmək əmri vermədi. 5. Morales ordu rəhbərliyinin ABŞ xüsusi xidmət orqanları tərəfindən satın alındığından xəbər tutmamışdı. 6. İğtişaşlar ciddiləşəndə, o, özünü sərt lider kimi aparmaq və iğtişaşlara müqavimət göstərmək əvəzinə, qaçdı. Ümid edirdi ki, yumşaq davranışı ilə sülh yaradılmasına kömək edəcək. Lakin hər şey tam əksi oldu. Ölkə getdikcə qaynayır və “sağçı ağlarla” “solçu hindular” arasındakı vətəndaş müharibəsinə sürüklənir. Qanuni seçilmiş prezidentlər – həm Morales, həm də Yanukoviç bu minvalla devrildilər. PREZİDENTİN HUMANİZMİNİ MANİPULYASİYA ELƏMƏK TEXNOLOGİYASI ARTIQ İKİNCİ DƏFƏ TƏTBİQ EDİLİR. Görünür bu texnologiyadan Rusiyada da, Putinin əleyhinə istifadə eləməyə çalışacaqlar”. Geri qayıt |