Əsas Səhifə > İnfrastruktur > Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavininə vəzifə verilib

Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavininə vəzifə verilib


23-11-2023, 21:18


İqbal Babayev Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Xatırladaq ki, İ. Babayev ötən ilin sonunadək Dövlət Gömrük Komitəsi sədrinin müavini vəfivəsində çalışıb.

Bakı və Bişkek 2022-ci ilin oktyabrın 11-də Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalayıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edəcək, mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.

Fond Qırğızıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və inkişaf etdirilməsinə, imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılır.

Fond ölkədə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə münasibətlərdə aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, qaz sənayesi, tikiş və toxuculuq sənayesi, dağ-mədən və metallurgiya sənayesi və digər sahələrdə kredit və borc vermək, kapitalda iştirak etmək və digər maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda təsisçilər üçün prioritet layihələrə investisiyalar yatıracaq.

Şəffaflıq.az


Geri qayıt