Əsas Səhifə > XARİCİ XƏBƏR / REGİON > Gürcüstanda zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğum tam pulsuz olub
Gürcüstanda zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğum tam pulsuz olub21-11-2023, 22:34 |
Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğumun tam maliyyələşdirilməsinə qərar verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. “Ümumi Tibbi Sığorta proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Müvafiq olaraq, pasiyentlər heç nə ödəməyəcək”, - məlumatda deyilir. Vurğulanıb ki, tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə qeysəriyyə əməliyyatı, həmçinin VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub. Xidmətin dəyəri 1,2 min lari (təxminən 750 manat) təşkil edir və Ümumi Tibbi Sığorta proqramına daxil olan bütün tibb müəssisələrində qarşılanacaq. Nazirlikdən qeyd edilib ki, təbii doğuş və qeysəriyyə əməliyyatlarının qiymətləri eyni olması tibb işçilərinin qeysəriyyə əməliyyatına daha çox meyl etməsinin qarşısını almaq üçün atılan addımdır. Hazırda Gürcüstanda qeysəriyyə əməliyyatı ilə doğum yüksək göstəricisiyə malikdir. Geri qayıt |