Əsas Səhifə > MALİYYƏ > "Bakı Fond Birjası" (BFB) QSC-də baş kommersiya inzibatçısı vəzifəsinə təyinat olub.
"Bakı Fond Birjası" (BFB) QSC-də baş kommersiya inzibatçısı vəzifəsinə təyinat olub.21-11-2023, 16:31 |
"Bakı Fond Birjası" (BFB) QSC-də baş kommersiya inzibatçısı vəzifəsinə təyinat olub. Şəffaflıq.az xəbər verir ki, bu vəzifə Oqtay Qasımova həvalə edilib. O, bundan əvvəl “PAŞA Bank” ASC-də aktivlərin idarə edilməsi və investisiya üzrə məsləhətçi işləyib. Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,04 milyon manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur. Geri qayıt |