Əsas Səhifə > Hadisə / REGİON > İranda zəlzələ olub
İranda zəlzələ olub20-11-2023, 22:59 |
İran İslam Respublikasının cənubunda 4,7 bal gücündə zəlzələ baş verib. “Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb. Yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəffaflıq.az Geri qayıt |