Əsas Səhifə > SİYASƏT > Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı məlum olub.
Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı məlum olub.20-11-2023, 13:50 |
Azərbaycanda hazırda dövlət vəzifəsində işləyən qadınların sayı məlum olub. "Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransı çərçivəsində Uqanda Respublikasının Qeyri-hökumət təşkilatları ilə birlikdə "Qadınların hüquqları və səlahiyyətləndirilməsi" mövzusunda keçirilən tədbirdə bildirib. O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti qadındır: "Bundan əlavə, 8 nazir müavini, 2 komitə sədri, 1 icra başçısı, 68 icra başçısının müavini də qadındır. Son illər ölkədə qadın hakimlərin sayında da artım var. Bələdiyyələrdə çalışanların 38 faizini qadınlar təşkil edir". Şəffaflıq.az Geri qayıt |