Əsas Səhifə > İdman > Azərbaycanın voleybol millisi EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq

Azərbaycanın voleybol millisi EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq


20-11-2023, 11:14


18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün ilk oyununa çıxacaq.

Şəffaflıq.az-ın məlumatına görə, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ilk günündə komandamızın rəqibi yerli voleybolçular olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Ukrayna, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.

AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Geri qayıt