Əsas Səhifə > RƏSMİ XƏBƏR > Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib - SƏRƏNCAM

Mədət Quliyev Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib - SƏRƏNCAM


18-11-2023, 12:36


Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Şəffaflıq.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Quliyev 2019-cu il iyunun 20-də müdafiə sənayesi naziri vəzifəsinə təyin olunmuşdu. O, dövlət başçısının bugünkü Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.


Geri qayıt