Əsas Səhifə > REGİON > Ərdoğan: "Türkiyə 52 ildir Avropanın qapısında gözləyir"

Ərdoğan: "Türkiyə 52 ildir Avropanın qapısında gözləyir"


17-11-2023, 22:32


Türkiyə 52 ildir Avropanın qapısında gözləyir.

Şəffaflıq.az   xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Avropa İttıfaqına üzvlük prosesinin yenidən güclənməsini istəyirik. Bu kontekstdə Almaniyanın töhfələrinə əhəmiyyət veririk. Bu baxımdan biz vətəndaşlarımızın viza prosesinin sürətləndirilməsi məsələsini dəyərləndirəcəyik", - R.T.Ərdoğan bildirib.

O, ölkəsinin apardığı xarici siyasət kursunda ayrı-seçkiliyə yol verilmədiyini qeyd edib: "Biz taxıl məsələsində Avropa və Afrika arasında fərq qoymadıq. Qara dəniz taxıl dəhlizindən gələnlərin 40 faizi Avropaya, 14 faizi Afrikaya, 14 faizi isə bizə gəlib".


Geri qayıt