Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.
Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb.17-11-2023, 21:53 |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə qələbə qazanıb. Şəffaflıq.az -ın məlumatına görə, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da baş tutan oyunda Latviyadan üstün olub. Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, U-21 millimiz noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək. Geri qayıt |