Əsas Səhifə > SİYASƏT > Son 9 ayda Azərbaycana daimi yaşamaq üçün 2 860 nəfər gəlib, 1972-si ölkədən gedib.

Son 9 ayda Azərbaycana daimi yaşamaq üçün 2 860 nəfər gəlib, 1972-si ölkədən gedib.


17-11-2023, 21:01


Son 9 ayda Azərbaycana daimi yaşamaq üçün 2 860 nəfər gəlib, 1972-si ölkədən gedib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2 860 nəfər gələn, Azərbaycandan isə 1 972 nəfər gedən qeydə alınıb.

Miqrasiya saldosu ölkə üzrə müsbət 888 nəfər təşkil edib.

Şəffaflıq.az 


Geri qayıt