Əsas Səhifə > MILLI MƏCLİS > Sahibə Qafarova: "Gələnilki büdcə layihəsi ölkə həyatındakı müsbət meyilləri özündə əks etdirir"
Sahibə Qafarova: "Gələnilki büdcə layihəsi ölkə həyatındakı müsbət meyilləri özündə əks etdirir"13-11-2023, 11:16 |
"Gələn ilin dövlət büdcəsi layihəsi ölkə həyatında müşahidə olunan müsbət meyilləri özündə əks etdirir. Həm gəlir, həm də xərclər ildən-ilə artırlıır". Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində bu istiqamətdə nəzərdə tutulan göstəricilərin rekord məbləğdə olması ölkənin iqtisadi potensialının təzahürüdür: “Büdcə müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Gələn ilin büdcəsi sosialyönümlü olmaqla fərqlənir. Belə ki, gələn ilin bu sahədəki rəqəmlərin cari illə müqayisədə 1 milyard 35 milyon manat çox olması nəzərdə tutulur”. Geri qayıt |