Əsas Səhifə > XARİCİ XƏBƏR > HƏMAS və İsrail 80 girovun mümkün azad edilməsini müzakirə edir.

HƏMAS və İsrail 80 girovun mümkün azad edilməsini müzakirə edir.


12-11-2023, 22:15


HƏMAS və İsrail 80 girovun mümkün azad edilməsini müzakirə edir.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “NBC News” ABŞ prezidenti Cozef Baydenin administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail razılaşmanın şərtlərinə əməl edəcəyi, yəni həbsdə olan fələstinli qadın və yeniyetmələrin azad ediləcəyi təqdirdə HƏMAS-ın 80-ə yaxın qadın və uşağı azad edəcəyi ehtimalı var.

Rəsmi şəxs həmçinin bildirib ki, Vaşinqton girov dəyişdirilməsi üçün başqa variantları araşdırır, lakin hər hansı bir sövdələşmənin uğurlu olacağına əminlik yoxdur.

“Reuters” isə adı açıqlanmayan fələstinli rəsmiyə istinadən məlumat yayıb ki, HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb. HƏMAS-ın qərarı Qəzza zolağının şimalında yerləşən Şifa xəstəxanası ilə bağlıdır.


Geri qayıt