Əsas Səhifə > XARİCİ XƏBƏR > Ağ Ev ABŞ-ın girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirakını təsdiqləyib
Ağ Ev ABŞ-ın girovların azad edilməsi ilə bağlı danışıqlarda iştirakını təsdiqləyib12-11-2023, 22:13 |
ABŞ HƏMAS-ın əlində olan girovların azad edilməsi ilə bağlı İsrail və Qətər arasında aparılan danışıqlarda iştirak etdiyini təsdiqləyib. “Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “CBS News” telekanalının efirində deyib. “ABŞ müzakirələrdə çox fəal iştirak edir. Amma müzakirə olunan məsələnin təfərrüatlarına varmaq fikrində deyiləm. Sadəcə onu deyim ki, biz girovluqda olan hər bir amerikalının və HƏMAS-ın girovluğunda olan hər bir digər şəxsin təhlükəsiz qayıtmasını təmin etmək üçün fəal işləyirik”-deyə, o bildirib. Bundan əvvəl “The New York Times” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail və Fələstinin HƏMAS hərəkatı saxlanılan 100-ə yaxın mülki şəxsin azad edilməsi üçün danışıqlar aparır. Şəffaflıq.az Geri qayıt |