Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu:Axşam saatlarında dostlarla birlikdə istirahət edin.
Günün qoroskopu:Axşam saatlarında dostlarla birlikdə istirahət edin.11-11-2023, 00:13 |
Qoç - bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan dəstək gözləməyin. Özünüzə qapanmayın, pərişan olmayın. Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla münasibətləriniz pozula bilər. Kiçik, amma əndşə yaradan maliyyə itkiləri istisna deyil. Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yol sizi yoracaq, usanacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə həddən ziyadə həssas və diqqətli olun. Hər tənqidə sərt reaksiya verməyin, xırdalıqlar sizi təbdən çıxarmasın. Axşam saatlarında başağrıları mümkündür. Buğa - əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr gözlədiyiniz və ya təxminlədiyiniz məcrada inkişaf etmir. Situasiyaya uyğunlaşmasanız, çox çətin olacaq. Yardım heç gözləmədiyiniz yerdən gələcək. Çətin anda sizə kömək etmiş insana minnətdarlığı unutmayın. Yeni tanışlıqlar üçün pis gün deyil. Lakin diqqətli və sayıq olun, yaramaz insanlarla təmaslar qurmayın. Romantik münasibətlər başlayarsa, uzunmüddətli və ciddi olacaq. Axşam saatlarında normal istirahət edin. Əkizlər - məhsuldar gündür. Yaradıcı yanaşma, həllərdə orijinallıq tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Fəlsəfə, psixologiya və xarici dillərin öyrənilməsində irəliləyişə nail olacaqsınız. Təkmilləşmə və intellektual yüksəliş üçün göstərdiyiniz səylər hədər getməyəcək. Peşəkar planların müzakirəsi üçün yaxşı gündür. Karyeranızda əhəmiyyətli rol oynaya biləcək sənədin imzalanması ehtimalı var. İşgüzar müstəvidə təşəbbüskar olun. Yaxşı çalışsanız, nəticədən razı qalacaqsınız. Xərçəng - işgüzar məsələlərin həlli üçün keçirilməsi gərəkən görüşləri təxirə salmayın. İnadkarlıqla güzəştlər arasında "qızıl orta"nı tapın. Sərt təzyiqə əl atmayın. Müqavilə və anlaşmalar uğurlu olacaq. Həlli son anda baş tutacaq problemlər var. Şəxsi münasibətlər müstəvisindəki durum normal deyil. İşləri praktik məcraya qaytarmaq üçün ciddi açlışın. Dostlara yardım edin. Məsləhətinizə ehtiyacı olan insanlar var. Şir - maliyyə məsələlərinin həlli baxımından əlverişli zamandır. Uğura güvənməyin. Maliyyə və əmlakla bağlı istənilən problemin həllində konstruktiv yanaşma nümayiş etdirin. İlk baxışdan kiçik, amma əslində böyük irəliləyişlər vəd edən dəyişikliklərə hazır olun. Yeniliklərə müqavimət göstərsəniz, bir sıra mühüm işlərin gedişatı yavaşıya bilər. Şəxsi münsibətlərdə mürəkkəb situasiya formalaşır. Yaxınlarınızla tam anlaşmaya nail olmaq çətindir. Güzəştə getməyi bacarın. Əfsuslar olsun ki, güzəşt etməli insan sizsiniz. Qız - mahiyyət etibarən pis gün deyil və qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Realist olun, xülyalara uymayın, illüziyalara qapılmayın. Aza qane olaraq gərəkli istiqamətdə addım-addım irəliləyin. Günün ikinci yarısında sizə yardım etməyə başlayacaq insanlar uzun müddət müttəfiqləriniz kimi qalacaqlar. Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yartamağa çalışın. Əlverişli məqamdan yararlanaraq maraqlı tanışlığa nail olmaq mümkündür. Romantikaya qapılmayın. Tərəzi - sizi maraqlı xəbərlər və olaylar gözləyir. Macəralar aramayın - onlar sizi tapacaq. Ətrafınızda yaşananlara operativ və məntiqi reaksiya verin. Səhvlər etməməyə, yanlışlıqlara yol verməməyə çalışın. Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə nail ola bilərsiniz. Günün ikinci yarısında yaxınlarınızla aranızda münaqişə yarana bilər. Fəqət, o, sərt və ciddi olmayacaq. Etiraflara inanmayın. Sevdiyiniz insanla səmimi olun. Əqrəb - gərgin və çətin gündür. Günün ikinci yarısı ilk yarıdan daha uğurlu və düşərli olacaq. Ağır, ciddi işləri günün ilk yarısına planlaşdırmayın. Alış-verişdə bədxərclik etməyin. Kefinizi durultmaq üçün gərəksiz nəsnə almayın. Sizi anlayan insanlarla görüşməyə çalışın. Bilik, bacarıq və ya perspektivlərinizə şübhə edən adamlarla sıx təmasda olmayın. Belə insanlar özünüzə olan inamı azalda bilər. Oxatan - yaşam potensialı səviyyəsi aşağı düşəcək. Adi vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Günün ikinci yarısında əhvalın pisləşməsi, xroniki ağrıların güclənməsi istisna deyil. Uzun səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Evə yaxın olun. Dostlar əhavalınızı yaxşılaşdıracaq, sizi hədiyyə və ya xoş xəbərlə sevindirəcəklər. Həmkar və ya həmfikirlərinizlə görüşə biləcəyiniz tədbirlərə qatılın. Faydalı tanışlıqlara nail olun. Maliyyə məsələlərində ehtiyatlı olun. İtkilər istisna deyil. Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləmək üçün əlverişli gündür. İstirahət istəyinə aldanaraq mühüm işi təxirə salmayın. Diqqəti işə yönəldin. Xırda təfərrüatlar və detalları nəzərdən qaçırmayın. İstənilən anlaşma və ya müqavilələrin müzakirəsində sayıq olun. Yalan qurbanına çevrilə bilərsiniz. Uzun müddət sükan arxasında olmayın. Bu gün mürəkkəb texnika ilə çalışmaqdan yayının. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar əhvalınızı anlayacaqlar. Yeni tanışlıq ehtimalı azdır. Dolça - əhəmiyyətli və ya çoxdan gözlənilən hadisə baş verəcək. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Məqsədə çatmağınıza az qalıb. Bir qədər səbrli olun. Maraqlı kəşflər, ümidverici görüşlər istisna deyil. Bilik və təcrübəniz sizə yeni dostlar tapmağa imkan verəcək. Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. Romantik hisslərə qapılmayın. Balıqlar - xoş, ahəstə və əsəblərin sakit olduğu gündür. Hansısa işin yarımçıq qalması, harasa gecikməklə bağlı narahatlıq keçirməyin. Təsadüfən xoş işlər baş verəcək. Əsas odur ki, yaşananları diqqətdən qaçırmayın. Maraqlı görüşlər, yaşamınıza əhəmiyyətli dərəcədə təsir edəcək insanla təmaslar istisna deyil. Axşam saatlarında normal istirahət edin. Uzaqdan gəlmiş insanla qarşılaşacaqsınız. Geri qayıt |