Əsas Səhifə > SAĞLAMLIQ > ÜST artıq 65 yaşdan yuxarı insanları COVID-19 üçün yüksək risk kateqoriyasına aid etmir
ÜST artıq 65 yaşdan yuxarı insanları COVID-19 üçün yüksək risk kateqoriyasına aid etmir10-11-2023, 23:58 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un müalicəsi ilə bağlı tövsiyələrini yeniləyib. “Report”un məlumatına görə, bundan sonra 65 yaşdan yuxarı insanlar yüksək risk deyil, orta risk kateqoriyasına aid edilib. Təşkilat vurğulayıb ki, koronavirusun mövcud variantları daha az ağır xəstəlik yaradır və peyvənd sayəsində insanların immunitet səviyyəsi daha yüksəkdir. “Bu vəziyyət əksər xəstələr üçün ağır xəstəlik riskinin azalması ilə nəticələnir”. Şəffaflıq.az Geri qayıt |