Əsas Səhifə > FUTBOL > Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.


10-11-2023, 23:51


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Şəffaflıq.az -ın məlumatına görə, açılış matçında "Araz-Naxçıvan" və "Kəpəz" üz-üzə gəliblər.

"Dalğa Arena"da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. "Kəpəz"in heyətində 75-ci dəqiqədə Adama Niane fərqlənib.

Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qalıb. Xallarının sayını 9-a çatdıran Gəncə klubu isə sonuncu - 10-cu yeri tərk edərək 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, XIII turun digər görüşləri noyabrın 11-12-də keçiriləcək.


Geri qayıt