Əsas Səhifə > SİYASƏT > İlham Əliyev və Mehriban Əliyeva Şuşada peşə məktəbinin və kollecin binasına baxış keçiriblər
İlham Əliyev və Mehriban Əliyeva Şuşada peşə məktəbinin və kollecin binasına baxış keçiriblər7-11-2023, 20:32 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçiriblər. Şəffaflıq.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib. Bildirildi ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi. Prezident İlham Əliyev peşə məktəbinin və kollecin ərazisinə baxıb, tapşırıq və tövsiyələrini verib. Geri qayıt |