Əsas Səhifə > XARİCİ XƏBƏR > Qüdsün erməni patriarxı erməni məhəlləsinin təxminən 25 %-ni İsrailin şirkətinə 99 il müddətinə qanunsuz icarəyə verib.
Qüdsün erməni patriarxı erməni məhəlləsinin təxminən 25 %-ni İsrailin şirkətinə 99 il müddətinə qanunsuz icarəyə verib.7-11-2023, 08:00 |
Qüdsün erməni patriarxı erməni məhəlləsinin təxminən 25 %-ni İsrailin şirkətinə 99 il müddətinə qanunsuz icarəyə verib. Şəffaflıq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sövdələşmə Qüdsün erməni icması arasında böyük mübahisə və münaqişəyə səbəb olub. Belə ki, “İnək bağı” adlanan erməni məhəlləsinin ərazisində mehmanxana, əyləncə obyektlərinin tikiləcəyi ilə bağlı xəbərlər yayılıb. Qeyd edilir ki, erməni məhəlləsinin muzeyinə də ciddi təhlükə yaranacaq, ərazidəki qəbiristanlıq köçürüləcək. Qüds patriarxı İsrail şirkəti ilə müqaviləyə xitam verildiyini açıqlayıb. Erməni icmasının nümayəndəsi Sedrak Balyan bildirib ki, divarın sökülməsi epizodu birbaşa icarə müqaviləsi ilə bağlıdır. “İndi onlar bizi sıxışdırmağa çalışırlar. İcma o qədər hay-küy saldı və buna qarşı çıxdı, nəhayət, Patriarxlıq erməni məhəlləsinin 25 faizinin icarəyə götürüldüyü müqavilənin ləğvi prosesinə başlamaq qərarına gəlib”, - Balyan bildirib. Geri qayıt |