Əsas Səhifə > REGİON > İranın müdafiə naziri ABŞ-ı təhdid edib

İranın müdafiə naziri ABŞ-ı təhdid edib


5-11-2023, 19:20


İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-ı təhdid edərək bildirib ki, Vaşinqton Qəzza zolağında müharibəni dayandırmasa, ona “ciddi zərbə” vurulacaq.

Bu barədə “Report” İran mətbuatına istinadən xəbər verir.

“Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və atəşkəsi təmin etsinlər, əks halda ABŞ ciddi zərbə alacaq”, - deyə nazir bildirib.

Şəffaflıq.az


Geri qayıt