Əsas Səhifə > REGİON > Rusiya və Küveyt XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiya və Küveyt XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər


3-11-2023, 18:00


Rusiyanın xarici işlər naziri Sergey Lavrov küveytli həmkarı Salem Abdulla əl-Cabir əs-Sabah ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Şəffaflıq.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu S.Lavrov küveytli həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz aktual regional mövzular barədə danışdıq. İsrail-HƏMAS arasında vəziyyətin kəskinləşməsini nəzərə alaraq, əsas diqqəti Yaxın Şərq nizamlanmasına yönəltdik. Küveyt kimi Rusiya da hər hansı bir terror aktını, dinc əhalini ayırmadan güc tətbiqini, girov götürülməsini qətiyyətlə pisləyir və rədd edir", - o bildirib.


Geri qayıt