Əsas Səhifə > MALİYYƏ / SOSİAL MÜDAFİƏ > Dövlət Sosial Müdafiə Fondunun gələn il gözlənilən gəlirlərinin strukturu açıqlanıb
Dövlət Sosial Müdafiə Fondunun gələn il gözlənilən gəlirlərinin strukturu açıqlanıb3-11-2023, 17:46 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü ildə gözlənilən 6 milyard 919,9 milyon manat məbləğində gəlirlərinin 5 milyard 288,1 milyon manatı və yaxud 76,4 %-i məcburi dövlət sosial sığorta haqlarının hesabına formalaşacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il DSMF büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,7 % çoxdur. Gələnilki gəlirlərin 1 milyard 392 milyon manatını (5,2 % az) dövlət büdcəsindən transfert, 227 milyon manatını qalıqdan xərcə yönəldilmiş vəsait, 12,7 milyon manatını (0,8% çox) isə sair gəlirlər təşkil edəcək. Beləliklə, 2024-cü ildə DSMF-nin büdcədən asılılığı 20,1 % təşkil edəcək ki, bu da 2023-cü ilə nisbətən 3,3 faiz bəndi azdır. Geri qayıt |