Əsas Səhifə > SAĞLAMLIQ > "Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir".

"Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir".


2-11-2023, 12:25


"Hazırda ölkədə koronavirusla əlaqəli vəziyyət stabildir".

Şəffaflıq.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yoluxma sayları da azdır: "Bütün aidiyyəti səhiyyə qurumları bu məsələyə ciddi nəzarət edir. Hər hansı şübhəli hadisə baş verən zaman analizlər laboratoriyaya göndərilir, lazım olanda həmin şəxs xəstəxanaya yerləşdirilir. Bu gün koronavirusla əlaqəli ölkədə heç bir narahatlıq yoxdur".

T.Musayev əlavə edib ki, COVID-19-la əlaqəli ölkədə yetərincə vaksin ehtiyatı var: "Vaksin edilməyən insanlara da çağırış edirəm ki, peyvənd olunsunlar. Hələ gec deyil, hər kəsdən vətəndaş məsuliyyətini dərk etmələrini xahiş edirəm. Ölkədə, demək olar ki, vaksinasiya prosesi uğurla başa çatıb. Bunun nəticəsidir ki, hazırda ölkədə pandemiya ilə əlaqəli epidemioloji durum sabit və qənaətbəxşdir".


Geri qayıt