Əsas Səhifə > ELM VƏ TƏHSİL > Növbəti il təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olub

Növbəti il təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələrin həcmi məlum olub


1-11-2023, 22:51


2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikatları üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin alınması üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait yaradılıb.

Şəffaflıq.az  xəbər verir ki, bu, Maliyyə hesabatı 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanının icrası haqqında” dövlət ümumi təhsil müəssisəsinin direktoru, direktor müavinlərinin sertifikatlaşdırılan təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr və verilir. Bu məqsəd 2022-2026-cı illər ərzində 137 min nəfərlik müəllim heyətinin sertifikatlaşdırma proqramında iştirakının təmin edilməsi və 68 min nəfərlik heyətin fərqli əməkhaqqı artırılmasına yönəldiləcək.


Geri qayıt