Əsas Səhifə > Dünya > “VİLAYƏTİ BAKIDA HƏBS OLUNSUN” - Argentina hökumətinin Azərbaycana sensasion müraciəti
“VİLAYƏTİ BAKIDA HƏBS OLUNSUN” - Argentina hökumətinin Azərbaycana sensasion müraciəti11-11-2019, 18:33 |
İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, 14-15 noyabrda Bakıda dini liderlərin beynəlxalq səviyyəli görüşü olacaq. İranı təmsil edən Əli Əkbər Vilayəti (Alí Akbar Velayati) də Azərbaycanda keçirilən tədbirdə iştirak edəcək. Argentina hökuməti rəsmi qaydada Azərbaycana müraciət edib. Müraciətdə deyilir ki, Əli Əkbər Vilayətinin 1994-cü ildə Buenos Ayresdə AMIA yəhudi mərkəzinin partladılmasında əli var. Daha sonra qəzet müəyyən detalları açıqlayıb: Argentina Xarici İşlər Nazirliyi Buenos Ayresdəki Azərbaycan səfirini görüşə dəvət edib. Görüş zamanı Argentina rəsmiləri cənab Əli Əkbər Vilayətinin Azərbaycana səfəri ilə bağlı “ciddi narahatçılıq keçirdiklərini” dilə gətiriblər. Onlar bu məsələdə Azərbaycanı əməkdaşlığa səsləyərək Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və onun Argentinaya göndərilməsini xahiş ediblər. İsrail qəzeti yazır ki, Argentina ona də əmindir ki, 1992-ci ildə Buenos Ayresdə İsrail səfirliyinin partladılmasında da İranın əli var. O vaxt 29 nəfər ölmüş, 242 nəfər isə yaralanmışdı. “The Jerusalem Post” yazır ki, 2007-ci ildən üzü bəri İnterpol üzərindən ən çox axtarışda olan məhz İran vətəndaşlarıdır. 2016-cı ildə Mövsum Rəbbani Kolumbiyaya rəsmi səfərə getməkdən imtina etdi. Çünki o, radikal islamçı kimi tanınır və Latın Amerikasında radikal İslamın yayılmasına can atır. Argentina əvvəllər də, məsələn, 2016-cı ildə Sinqapur, Malayziya və Rusiyaya da oxşar müraciətdə bulunub. Amma heç bir ölkə Argentinanın bu kimi xahişinə müsbət cavab verməyib. İsrail qəzeti xatırladır ki, Əli Əkbər Vilayəti İranın dini rəhbəri Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisidir. https://www.jpost.com/Diaspora/Argentina-asks-Azerbaijan-to-arrest-Iranian-suspect-in-Jewish-center-bombing-during-visit-607467 Şəffaflıq.az Geri qayıt |