Əsas Səhifə > Sosial > FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubunun qonağı olacaq

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubunun qonağı olacaq


1-11-2023, 10:47


“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada "Nimburk"un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, "Sabah" ilk görüşündə səfərdə Şimali Makedoniya "Mornar"ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” 4 xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında 2 xal var.


Geri qayıt