Əsas Səhifə > Maraqlı > Qazaxda toy karvanında silahdan atəş açan şəxsin FOTOSU YAYILDI
Qazaxda toy karvanında silahdan atəş açan şəxsin FOTOSU YAYILDI11-11-2019, 18:18 |
![]() Daxili İşlər Nazirliyi Qazax rayonunda keçirilən toy mərasimi zamanı havaya odlu silahdan atəş açan Ağstafa rayon sakini 1994-cü il təvəllüdlü Orxan Əlizadənin fotosunu yayıb. Şəffaflıq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Mərkəzinin Baş insepktoru Eşqin Qasımovun Baku.ws-ə verdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs saxlanılıb. Hüquq mühafizə orqanı əməkdaşları O.Əlizadədən hadisə zamanı istifadə etdiyi ov tüfəngi götürülüb: "Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb. Onu deyə bilərəm ki, O.Əlizadənin hərəkətinə hüquqi qiymət veriləcək". Qeyd edək ki, Qazax rayon sakini insident Vələd Yusifovun toy mərasimində qeydə alınıb. ![]() Geri qayıt |