Əsas Səhifə > MALİYYƏ > Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb
Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb25-10-2023, 10:24 |
Dövlət Gömrük Komitəsi (DGK) yeni Gömrük İnkişaf Modelini hazırlayıb. Şəffaflıq.az xəbər verir ki, bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir. Yeni Gömrük İnkişaf Modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir. Gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və yaxud reallaşdırılması planlaşdırılır. Geri qayıt |