Əsas Səhifə > FUTBOL > Azərbaycan millisinin futbolçusu II Liqa komandasına yardım edib

Azərbaycan millisinin futbolçusu II Liqa komandasına yardım edib


20-10-2023, 18:13


Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Bəhlul Mustafazadə doğma rayonu İmişlinin II Liqadakı təmsilçisi “Kür-Araz” komandasına yardım edib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə “Kür-Araz”ın instaqram səhifəsindəki paylaşımında qeyd olunub.

Bildirilib ki, 26 yaşlı müdafiəçi İmişli komandasının futbolçularına buts və qapıçı əlcəyi hədiyyə edib. Buna görə rəhbərlik B.Mustafazadəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev “Kür-Araz”ın baş məşqçisidir.


Geri qayıt